19 
iyn
2023
14:12
300

Oqtay Əliyevə həsr edilən film təqdim olundu

19 iyn, 2023
14:12
300

Oqtay Əliyevə həsr edilən film təqdim olundu

Ötən gün mərhum prodüser və Əməkdar incəsənət xadimi Oqtay Əliyevə həsr edilən film təqdim olunub.

Den.az
OLAY-a istinadən yazır ki, Nizami Kino Mərkəzində gerçəkləşən “Müasir televiziyanın ocağı” adlı layihənin təqdimat mərasimində tanınmış şəxslər yer alıb.

Gecədə Xalq artistləri Murad Dadaşov, Mehriban Zəki, mərhumun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, prodüser Fariz Əliyev və başqaları iştirak edib.
Layihədə Xalq artistləri Vaqif Mustafayev, Afaq Bəşirqızı, Zülfiyyə Xanbabayeva, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ATV-nin rəhbəri Azər Xəlilov və digər şəxslər O.Əliyev haqda fikirlərini səsləndirib.
Qeyd edək ki, filmin ideya və ssenari müəllifi Fariz Əliyev, rejissorları İsmayıl və Kənan Zeynalovlardır.









Bizimlə əlaqə saxlayın

Çox oxunanlar