19 
iyn
2023
14:53
153

Şirvanda yabanı halda bitmiş çətənə kolları məhv edilib

19 iyn, 2023
14:53
153

Şirvanda yabanı halda bitmiş çətənə kolları məhv edilib - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Den.az -a verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhərin Çılpaqlı qəsəbəsi ərazisində yerləşən meşəlik ərazidə yabanı halda bitən 283 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar