19 
iyn
2023
15:01
127

AMEA: "Sarıcalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqların neçə nəfərə aid olduğu ekspertizadan sonra dəqiqləşəcək"

19 iyn, 2023
15:01
127

AMEA: "Sarıcalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqların neçə nəfərə aid olduğu ekspertizadan sonra dəqiqləşəcək"

"Ağdam rayonu Sarıcalı kəndi ərazisində, Ağdam-Bərdə avtomobil yolunun kənarında insan qalıqları aşkar edilib. Bu məlumat əsasında 50 kvadrat metr ərazidə dərinləşdirmə işləri aparılır".

Den.az Report.az-a istinadən xəbər verir ki, bunu AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Vüsal Həsənov deyib.
O bildirib ki, mövcud yer səviyyəsindən təxminən 40-50 sm ərazidə və 3 fərqli yerdə insan qalıqları tapılıb: "Bir nöqtədə ən azı iki, digər nöqtələrdə isə hər birində bir nəfər olmaqla azı dörd insan qalığı tapılıb. Təbii ki, say, cinsiyyət, sümüklərdə olan travmalar tam bəlli deyil. Bu ekspertlər tərəfindən müəyyən ediləcək".

V.Həsənovun sözlərinə görə, ərazidə heç bir dəfn əlaməti aşkarlanmayıb: "İnsanlar təsadüfən yol kənarına atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Ola bilər ki, antropogen, yaxud da anatomik ardıcıllıq tamamilə pozulub. Çünki bura çox dayaz ərazidir. İnsan qalıqları tamamən fərqli hissələrdə yerləşir, bəziləri isə heç tapılmayıb".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar