19 
iyn
2023
15:02
209

Bakıda dost, dost dediyi şəxsi qətlə yetirib

19 iyn, 2023
15:02
209

Bakıda dost, dost dediyi şəxsi qətlə yetirib - FOTO

Bakıda iki şəxsin mübahisəsi ölümlə nəticələnib. 

”Den.az” xəbər verir ki, hadisə Şağan qəsəbəsində baş verib. 

34 yaşlı Əzizov Nicat Fərhad oğlu dostu ilə görüşmək üçün Şağan qəsəbəsinə gedib. Yaxınları sonradan onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını eşidiblər. Baş nahiyəsindən ağır zərbə alan N.Əzizov komaya düşüb və dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Mərum artıq torpağa tapşırılıb. Həkimlər Nicat Əzizovun beyninə vurulan zərbədən qan tromplasmasi zamanı dünyasını dəyişdiyini bildiriblər. 

Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar