19 
iyn
2023
15:04
231

Goranboyda yarım milyonqluq təmir işi - Məhərrəm Quliyevin sevimli şirkəti yenə qalib oldu

19 iyn, 2023
15:04
231

Goranboyda yarım milyonqluq təmir işi - Məhərrəm Quliyevin sevimli şirkəti yenə qalib oldu

Goranboy Rayon İcra Hakimiyyəti “Ərdağı” MMC ilə maliyyə dəyəri 455.448,66 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq. 

Den.az Valyuta.az-a istinadən xəbər verir ki, müqavilədə Goranboy şəhəri 58-ci kvartal, Şamil Quliyev, Əli Mehdiyev və Elxan Süleymanov küçələrində asfalt-beton örtüyünün əsaslı təmiri nəzərdə tutulur. 

"Ərdağı” MMC 10 dekabr 1992-ci ildə təsis edilib. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, "Asfaltzavod”da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

"Ərdağı” MMC 1992-ci ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və rəsmi internet səhifəsinə də rast gəlinmir.

Goranboy Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlar 2020-2022-ci illərdə "Ərdağı” MMC ilə toplam dəyəri 3 milyon manata çatan 8 satınalma müqaviləsi imzalayıb. Müqavilərlər əsas abadlıq işləri və yolların təmiri ilə əlaqədardır. Beləliklə, aydın olur ki, Goranboyda hər il abadlıq işləri görülür və yollar təmir olunur.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevdir. O, 2019-cu ildən bu vəzifədədir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar