19 
iyn
2023
19:58
311

Zaur Mirzəyevlə intim videosu yayılan qadın 192 minlik tələbinin təmin olunmasını istəyir

19 iyn, 2023
19:58
311

Zaur Mirzəyevlə intim videosu yayılan qadın 192 minlik tələbinin təmin olunmasını istəyir FOTO

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə zərərçəkmiş qadınlardan biri apellyasiya şikayəti verib.

Den.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, zərərçəkmiş qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan narazıdır.
O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir.
Eyni zamanda təqsirləndirilən Zaur Mirzəyev də hökmdən apellyasiya şikayəti verib. Polkovnik cinayət işi üzrə özünü təqsirli bilmir.
Qeyd edək ki, Zaur Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki  iddianın 4 min manatı təmin edilib.
Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar