20 
iyn
2023
04:01
213

Rusiyada R.T.Ərdoğan haqqında film çəkildi

20 iyn, 2023
04:01
213

Rusiyada R.T.Ərdoğan haqqında film çəkildi - FOTOLAR

Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında sənədli film nümayiş olunub.
"Den.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmi TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın çəkib.
Tədbirdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko, Azərbaycanın səfiri Polad Bülbüloğlu, bir sıra ölkələrin səfirləri iştirak ediblər.
M. Qusman bildirib ki, sənədli film Ərdoğanın uğurlu həyatını, siyasi fəaliyyətində onun müdrik liderliyini ehtiva edir:
"Buna görə düşünürəm ki, Türkiyə belə bir lideri olduğu üçün xoşbəxt ölkədir".
Qeyd edək ki, M. Qusman “Hakimiyyət formulu” verilişində Ərdoğanla 4 dəfə çəkiliş edib.



Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar