20 
iyn
2023
10:00
135

Sabah Azərbaycanda yay fəsli başlayacaq

20 iyn, 2023
10:00
135

Sabah Azərbaycanda yay fəsli başlayacaq

2023-cü ildə yay fəsli Azərbaycana 21 iyun saat 18:57-də daxil olacaq.

Şamaxı Astrofizika Rəsədxanasından Den.az-a verilən xəbərə görə, həmin gün Şimal yarımkürəsində ən uzun Gündüz və ən qısa Gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa Gündüz və ən uzun gecə olur. Sonra gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir. Yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır.

Qeyd edək ki, Bakı üçün 21 iyunda gündüzün uzunluğu 15 saat 3 dəq 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar