20 
iyn
2023
10:53
142

MİDA mənzillərin növbəti satışına başlayır - Tarix AÇIQLANDI

20 iyn, 2023
10:53
142

MİDA mənzillərin növbəti satışına başlayır - Tarix AÇIQLANDI








 
Gəncə Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
 



Satış şərtləri və qiymətlər:
 
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
 
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
 
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
 
Studio tipli mənzillərin qiyməti – 33 222 manatdır,
1 otaqlı mənzillərin qiyməti – 33 687 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 53 580 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 70 642 manatdan başlayır.
 
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
 
Studio tipli mənzillərin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
 
Gəncə Yaşayış Kompleksi üzrə:
 
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 829 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
 


 
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin www.yasamal2.mida.gov.az, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsinin www.hovsan2.mida.gov.az, Gəncə Yaşayış Kompleksinin www.gence.mida.gov.az internet səhifələrinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə güzəştli mənzil kalkulyatoru vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
 
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.
 
Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar