20 
iyn
2023
12:40
136

Bunu etsəniz, 3 il həbs olunacaqsınız - YENİ CƏZA

20 iyn, 2023
12:40
136

Bunu etsəniz, 3 il həbs olunacaqsınız - YENİ CƏZA

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib.

Den.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Belə ki, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulmağa görə cinayət məsuliyyəti müəyyən edən yeni maddə əlavə edilib.

Belə ki, həmin maddəyə görə, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmasına görə, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar