20 
iyn
2023
14:00
354

Qızına dəbdəbəli toy edən məmur İŞDƏN ÇIXARILIR

20 iyn, 2023
14:00
354

Qızına dəbdəbəli toy edən məmur İŞDƏN ÇIXARILIR

Xəbər verdiyimiz kimi, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov qızı Aygül Qurbanovaya Bakıdakı dəbdəbəli restoranların birində toy edib. 

Toya nazirlər, komitə sədrləri, icra başçıları, deputatlar, bir sıra ictimai-siyasi xadimlər və yüksək vəzifəli şəxslər qatılıb. Həmçinin ölkənin tanınmış sənət adamları -  Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Zamiq Hüseynov, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov və başqaları da toyda qonaq olublar. KİV-lərin yazdığına görə, TƏBİB sədri məclisi şənləndirən sənətçilərə üst-üstə 100 min manatdan çox qonorar ödəyib. Həmin gün restoranda bir yerin qiyməti isə 350-400 manat civarında olub.

Den.az xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, yüksəvəzifəli məmurun dəbdəbəli toy etməsi onun karyerası üçün ciddi problem yaradıb. Vüqar Qurbanovun yaxınlarından biri saytımıza açıqlamasında bu xəbəri təsdiq edib. Onun sözlərinə görə, qızına bu cür möhtəşəm toy etməsi TƏBİB sədrini hədəf taxtasına çıxarıb. 

Mənbə bildirib ki, toyla bağlı görüntülərin sosial şəbəkələrə yol tapması vəziyyəti daha da mürəkkəbləşdirib. Toydan dərhal sonra bu hərəkətinə görə Vüqar Qurbanova irad bildirilib. Ona məmurların xalqın xidmətçisi olduğu, öz davranışlarına diqqət etmələrinin vacibliyi xatırladılıb. 
Məlumatlı şəxs saytımıza məlum toy məclisinin TƏBİB sədrinin karyerasına son qoya biləcəyini deyib. 
 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar