20 
iyn
2023
14:54
153

Bakıda çantasından 40 min oğurlanan qadın pulu bunun üçün toplayıbmış - AÇIQLAMA

20 iyn, 2023
14:54
153

Bakıda çantasından 40 min oğurlanan qadın pulu bunun üçün toplayıbmış - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda qadının içərisində 23 500 dollar (40 min AZN) olan pulqabısı oğurlanıb. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-da Ö.F.Nemanzadə küçəsində Bakı şəhər sakini olan bir qadının içərisində 80 manat, 23 500 ABŞ dolları və sənəd olan pulqabısı oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov müəyyən edilərək saxlanılıb.

Den.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, qadın ev almağa gedərkən pulu oğrulanıb:

"Bu, zəhmətkeş və ziyalı bir ailənin övladlarına ev almaq üçün topladığı pul olub. Arzularına gerçək etməyə çalışırdılar. Pulun yolda oğurlanması bir ailənin, bir gəncin istəklərini, zəhmətlərini alt-üst etmişdi. Ümid yeri kimi 8-ci Polis Bölməsinə yaxınlaşan ailəni dinləyən polis əməkdaşları cinayətkarı qısa vaxt ərzində saxlayıblar. Oğurlanan pul ondan geri alınaraq ailəyə qaytarılıb".




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar