20 
iyn
2023
16:07
124

Bakıda "Atalar Günü" qeyd edilib

20 iyn, 2023
16:07
124

Bakıda "Atalar Günü" qeyd edilib - FOTO


Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Forest School Azerbaijan”ın dəstəyi ilə Beynəlxalq Atalar Günü münasibətilə Bakının Dənizkənarı Bulvar ərazisində “Atalar Günü” tədbiri təşkil edilib.

Den.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd atalar və övladları arasındakı bağların gücləndirilməsinə töhfə vermək, habelə cəmiyyətdə məsuliyyətli valideynlik təcrübələrini təşviq etməkdən ibarət olub.  Tədbir əsnasında iştirakçılar üçün müxtəlif ailə oyunları, həmçinin STEAM, çadır qurma, gipslə əl işləri hazırlama, kətan çanta boyama, “face art” və digər bir-birindən əyləncəli və rəngarəng fəaliyyətlər təşkil olunub. Atalar günü münasibətilə keçirilən tədbirə qatılan ailələr yadda qalan və fərqli bir həftəsonu keçiriblər.  Qeyd etmək lazımdır ki, Beynəlxalq Atalar Günü Azərbaycanda artıq 2-ci ildir ki qeyd olunur. Builki tədbir Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşklilatçılığı və “Forest School Azerbaijan”ın dəstəyi ilə təşkil edilib.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar