20 
iyn
2023
16:35
135

Əhaliyə VACİB xəbər - Toy və yas mərasimləri üçün VERGİ ALINACAQ?

20 iyn, 2023
16:35
135

Əhaliyə VACİB xəbər - Toy və yas mərasimləri üçün VERGİ ALINACAQ?

Toy və yas mərasimləri Azərbaycan xalqının ən qədim adət-ənənələrindən sayılır. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov bir müddət əvvəl toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib.

Bəs toy və yas mərasimləri keçirən vətəndaşlar buna görə vergi verməlidir?

Den.az xəbər verir ki, Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, qanunvercilikdə toy və yas mərasimlərindən vergi tutulması qadağandır:

“Toy və yas mərasimlərinin vergiyə cəlb olunması sadəcə mütəxəssislər tərəfindən edilən təklifdir. Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Hazırda qanunvericilikdə toy və yas mərasimlərinin vergiyə cəlb olunması haqqında müddəalar yoxdur və buna görə toy və yas mərasiminin sahibləri vergiyə cəlb oluna bilməz”. 

Hüquqşünasın sözlərinə görə, Toy məclisinin keçirildiyi restoranların və yas mərasimi zallarının icarədarları vergiyə cəlb olunur, lakin sadə vətəndaşlara bu şamil olunmur: “Toy məclisinin keçirildiyi restoranların, eləcə də yas mərasim zallarının icarədarları və mülkiyyətçiləri toy və yas mərasimindən gəlir əldə etdiyindən vergiyə cəlb olunurlar. Amma yas mərasimi keçirən və toy məclisini qeyd edən sadə vətəndaşlar vergiyə cəlb oluna bilməz. Toy və yas mərasimləri elimizin adətidir. Heç kim gəlir əldə etmək və ya sahibkarlıq məqsədilə belə mərasimlər keçirmir. Yəni toy və yas mərasiminin keçirilməsi mənfəət əldə etmək məqsədi daşımadığından hesab edirəm ki, vergiyə cəlb olunması əsassızdır”. 

Turan Abdullazadə bildirib ki, çox yaxşı olardı ki, toy və yas mərasimlərində olan qida israfçılığının qarşısının alınması üçün tədbir görülsün. Çünki toy və yas mərasimlərində hədsiz qida israfçılığına yol verilir. Bu həm vətəndaşların büdcəsinə, həm də sağlamlığına zərər vurur – deyə hüquqşünas qeyd edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar