26 
may
2023
00:26
296

Qax sakini çay içdi, öldü...

26 may, 2023
00:26
296

Qax sakini çay içdi, öldü...

Qax rayonunda 46 yaşlı kişi çayxanada qəfil ölüb.

"Den.az"-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Qax şəhər ərazisindəki çayxanaların birində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Qax şəhər sakini İlham Nəzərovun çayxanada çay içən zaman halı qəfil pisləşib.
Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılsa da, o xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İlham Nəzərovun ölümünün dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, İ.Nəzərov Qax incəsənət məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar