20 
iyn
2023
18:21
190

Şirvanda narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

20 iyn, 2023
18:21
190

Şirvanda narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb FOTO

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Den.az" -a verilən verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, şəhər sakini Anar Qambayevin narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən A.Qambayevin marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə A.Qambayev 16 sutka inzibati qaydada həbs olunub.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar