20 
iyn
2023
19:05
139

"Keyfiyyət aşağı olsa belə, insanlar ucuz taksi xidmətindən məmnundur"

20 iyn, 2023
19:05
139

"Keyfiyyət aşağı olsa belə, insanlar ucuz taksi xidmətindən məmnundur"

Ötən günlərdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, ölkədə taksi qiymətləri birmənalı şəkildə qalxacaq. nazir bunu onunla izah edib ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi ucuz taksi qiymətləri yoxdur. 
Qeyd edək ki, nazirin bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət taksi qiymətlərinin qaldırılmasına qarşıdır.
Bəs, Azərbaycanda tsksidə gediş haqqının qaldırılmasına doğrudan da ehtiyac varmı? Qiymət artımı taksidən istifadə edənlərin sayının azalmasına gətirib çıxara bilərmi? 

Məsələ ilə ilə bağlı Den.az-a danışan iqtisadçı Eldəniz Əmirovun fikrincə, taksi qiymətlərinin endirilməsi, yaxud qaldırılması ilə bağlı yanaşma doğru deyil.

O, hesab edir ki, taksi xidmətinin yüksəldilməsinə ehtiyac var.

"Qiymətlər ancaq xidmət yüksəldildiyi zaman qalxa bilər. Cənab nazirin söylədiyi fikirlərdən belə görünür ki, hədəf olaraq görülən işlərin nəticəsində taksidə qalxmaların olması qaçılmazdır. Amma təbii olaraq ictimai fikir bunu dəstəkləmir. Keyfiyyət aşağı olsa belə insanlar ucuz taksi xidmətindən məmnundur. Taksi xidmətində rəqabət var. Ümumiyyətlə, dünyanın hansı ölkəsində, hansı sahəsində, hansı istiqamətində rəqabət varsa, orda minimal qiymətlər müşahidə edilir. Harda rəqabət yoxdursa, orda qiymətlər maksimal səviyyəyə yüksəlidilir. Hazırda Azərbaycanda taksi məsələsində minimal qiymət qərarlaşıb. İnsanlar bundan məmnundursa, bunun əksinə addım atmaq doğru deyil”,- deyə iqtisadçı vurğuladı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar