20 
iyn
2023
20:40
233

Abşeronda dəhşət: Kişi 20 yaşlı arvadını öldürüb 8 aylıq qızını yaraladı

20 iyn, 2023
20:40
233

Abşeronda dəhşət: Kişi 20 yaşlı arvadını öldürüb 8 aylıq qızını yaraladı - FOTO

İyunun 20-də saat 19 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub. 
Sakinlər Den.az -a bildirblər ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib. 
8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib. 
Araşdırma aparılır.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar