21 
iyn
2023
02:23
784

Hökməli kəndində baş verən dəhşətli qətlin təfərrüatları bəlli olub-QISQANCLIQ?

21 iyn, 2023
02:23
784

Hökməli kəndində baş verən dəhşətli qətlin təfərrüatları bəlli olub-QISQANCLIQ?

Abşeronda amansızlıqla qətl hadisəsi törədilib.

“Den.az” xəbər verir ki, İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Hökməli kəndində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Hadisənin bəzi təfərrüatları məlum olub. Hökməli kənd İcra nümayəndəsinin müavini Güləhməd Xəlilov “Den.az”-a açıqlamasında bildirib ki, gənc ailə başçısı olan Fərid Hüseynli Bakıda zərgərliklə məşğul imiş . Əslən Masallı rayonundan  olan Fərid normal, kənddə hər kəsin hörmətin qazanmış gənclərdən olub. Səhər işə axşam evinə gələn ailə başçısı nədən əlini bıçağa atıb. Şahidlərin sözlərinə görə, hadisə baş verən gün yəni İyunun 20-si Fərid Hüseynli əvvəlkindən daha tez evə gəlib. Avtomobilini qapının qarşısında saxlayıb və özü içəri qaçaraq keçib. 

Elə hər şeydə bundan sonra baş verib. 

O, əlini bıçağa ataraq birinci həyət yoldaşı, Bakı şəhər sakini 20 yaşlı Leyla Hüseynliyə bir neçə zərbə vuraraq onu qətlə yetirib. Bıçaqlardan biri mərhumun qucağında olan 8 aylıq Aliyə Hüseynliyə dəydiyindən o da bir müddət sonra xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluqlarına ağır zərbələr endirib. Şahidlərin sözlərinə görə, F.Hüseynli xəstəxanaya çatdırılsada komaya düşüb. Xəstəxanadan daxil olan məlumata əsasən o aldığı bıçaq zərbələrindən 4 litr qan itirib və vəziyyəti kafi qiymətləndirilib.

Digər bir məlumata əsasən Fərid Hüseynli öz qaynı ilə eyni qonşuluqda yaşayırmış. Bu günə qədər bir dəfə də olsun gənc ailə arasında hər hansı münaqişə qeydə alınmayıb. Qətlin qıqanclıq zəmnində törədildiyi ehtimal edilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.İbtidai istintaq davam etdirilir.

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar