21 
iyn
2023
03:09
222

“WhatsApp” naməlum nömrədən gələn mesajlar üçün yeni funksiyalar əlavə edir - FOTO

21 iyn, 2023
03:09
222

“WhatsApp” naməlum nömrədən gələn mesajlar üçün yeni funksiyalar əlavə edir - FOTO - FOTO

“WhatsApp” istifadəçilərə naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verən yeni təhlükəsizlik funksiyaları əlavə edib.
Bu barədə mesencerin bloqunda deyilir.
“WhatsApp” nümayəndələri izah ediblər ki, zəngləri və yazışmaları qorumaq üçün əsas tədbir kimi “başdan-sona” (“end-to-end”) şifrələmə xidməti qalır, lakin ekspertlər istifadəçilərin ünsiyyətini qorumaq üçün daha bir funksiya əlavə ediblər.
Beləliklə, bu funksiyalara naməlum nömrələr üçün səsi söndürmək və məxfilik yoxlaması daxildir.
Birinci funksiya avtomatik olaraq spamları, həmçinin fırıldaqçılardan və yad adamlardan gələn zəngləri filtrasiyadan keçirəcək. Səsin söndürülməsinə baxmayaraq, “Zənglər” bölməsində onların arasında vaciblərin olub-olmadığını görmək mümkündür.
İkincisi, istifadəçilərə mesencerdə özlərini necə qorumaq barədə məlumat vermək üçün məxfilik yoxlanışı əlavə edilib. Onun köməyi ilə tədricən bütün məxfilik parametrlərini öyrənmək, beləliklə də mesajlar, zənglər və şəxsi məlumatlar üçün müvafiq qoruma səviyyəsini seçmək mümkündür.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar