21 
iyn
2023
14:46
128

Bayramla bağlı hotellər dolur - Qiymətlər bu hədlərdədir

21 iyn, 2023
14:46
128

Bayramla bağlı hotellər dolur - Qiymətlər bu hədlərdədir

Silahlı Qüvvələr Günü və Qurban bayramı ilə bağlı, eləcə də iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq. Bu da istirahət etmək istəyən, regionlarda müxtəlif hotellərə üz tutanlar üçün fürsət yaradıb. 

Den.az bildirir ki, “DAİR” Restoranlar və Otellər Assosiasiyasının rəhbəri Samir Dübəndi "Ölkə.Az"a açıqlamasında bildirdi ki, bir həftəlik qeyri iş günləri, Qurban Bayramının qeyd edilməsi və ümümilikdə yay mövsümünün başlamasını nəzərə alaraq deyə bilərik ki, regionlarda turizm, xüsusilə də hotellərin və digər yerləşdirmə vasitələrinin xidmətlərinə tələb yüksəkdir:

"Bir sıra iri və 5 ulduzlu hotellər qeyd olunan günlərə satışlarını saxlayıblar və yaxud yüksək qiymətlərlə satış edirlər. Bu da onu göstərir ki, təlabat yüksək, yerlərin sayı azdır, otaqların çoxu artıq satılıb". 

Ekspert bildirir ki, bayram və istirahət günləri, yüksək mövsüm zamanı turizm xidmətlərinə tələb artır və təkliflər bahalaşırlar, bu, normal təcrübə hesab edilir: "Müqayisə üçün qeyd edim ki, "Şahdağ Dağ Turizm Mərkəzi"nin ərazisində fəaliyyət göstərən hotellərdən "Pik Palace Hotel", "Park Chalet Hotel" satışlarını dayandırıblar, 4 ulduzlu "Shahdag Hotel & Spa" Hoteli isə 26 iyun tarixinə 1 otağı, səhər yeməyi daxil 205 AZN təklif edir, "Gaya Residence" isə 109 AZN təkliflə çıxış edir. "Marxal Resort & SPA" 312 AZN, "Basqal Resort & Spa" 396 AZN, "Lankaran Springs & Welness Resort" 360 AZN, "Quba Palace Hotel & Golf Resort" 425 AZN qiymət təklif edir".

S. Dübəndi paytaxt Bakıda da hotellərə tələbin yüksək olduğunu qeyd edib: "Qurban Bayramı bildiyimiz kimi islam dünyasında geniş və təntənəli qaydada qeyd edilir. Bununla əlaqədar bir sıra müsəlman ölkələrində qeyri-iş günləri olur və bu ölkələrin vətəndaşları istirahətə və bayramı qeyd etmək məqsədilə xaricə üz tuturlar. Bu ölkələr sırasında Azərbaycan istiqaməti olduqca populyardır. Bu səbəbdən Bakıdakı hotellər də bayram günlərində daha yüksək satışlar edə bilirlər. Bakı şəhərində fəaliyyət göstərən 5 ulduzlu hotellərdə qiymətlər 240-1200 AZN arası dəyişkəndir. Digər kateqoriyalardan hotellərdə qiymətlər daha ucuz, təxminən 45-130 AZN arası dəyişir".

"Ümumilikdə, turizm sənayesi sürətlə bərpa olunur. Yada salmaq istərdim ki, may ayında gəlmə turizmdə ötən ilin eyni periodu ilə müqayisədə 38% artım, yanvar-may ayları ərzində isə 52% artım müşahidə edilib. 

Qiymətlərdə də dəyişiklik baş verir, bəzi müəsissələr ötən illə müqayisədə 15-25% qiymətlərini artırıb. Yeni açılan hotellər isə hələ ki aşağı qiymətlərlə bazara daxil olmağa çalışırlar", - deyə ekspert əlavə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar