21 
iyn
2023
18:16
146

Avropanın ən bahalı və ən ucuz ölkələri

21 iyn, 2023
18:16
146

Avropanın ən bahalı və ən ucuz ölkələri

Avropanın 36 ölkəsi arasında istehlak malları və xidmətlərin qiymət səviyyəsi indeksi müqayisə olunub.

Den.az xəbər verir ki, indeksi ən yüksək olan ölkə İsveç (174), ən aşağı olan ölkə isə Türkiyə (40) olub.

Müqayisələr Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsini, 3 Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkəsini (İsveçrə, İslandiya və Norveç), 5 namizəd ölkəni (Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya və Albaniya) və 1 potensial namizəd ölkəni (Bosniya-Herseqovina) əhatə edib.

Türkiyənin fərdi nəqliyyat vasitələri indeksi 144 olub. Bu qrupun qiymət səviyyəsi Aİ ölkələrinin orta səviyyəsindən yuxarıdır.


İstehlakçı elektronikası indeksi 79 olub. Bu qrupdakı qiymət səviyyəsinin digər alt qruplara nisbətən daha yüksək olduğu görülüb.

Digər tərəfdən, geyim indeksi 36 olub və bu qrupda qiymət səviyyəsinin digər alt qruplara nisbətən aşağı olduğu müşahidə edilib.

Restoranlar və otellər qrupunda isə Türkiyənin indeks dəyəri 52 olub.

Bundan əlavə, geyim indeksi dəyər müqayisələrində 36 ölkə arasında ən aşağı indeksə sahib ölkə Türkiyə qeydə alınıb.Bakupost.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar