21 
iyn
2023
18:26
319

Səhiyyə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ - 5 yaşa qədər uşaqların...

21 iyn, 2023
18:26
319

Səhiyyə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ - 5 yaşa qədər uşaqların...

“Günvurmadan zərərçəkənlərə vaxtında yardım göstərilməyəndə ciddi fəsadlar olur”.

Den.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

O bildirib ki, günvurmanın üç - yüngül, orta və ağır dərəcəsi var: “Yüngül dərəcədə baş ağrısı, ümumi halsızlıq, ürək bulanma, orta dərəcədə bundan əvvəlki əlamətlərin şiddətlənməsi müşahidə olunur. Hətta burun qanaxmasına rast gəlinir. Zərərçəkənə vaxtında yardım göstərilmədikdə proses ağırlaşır. Ağır dərəcədə huşun müxtəlif pozulmaları, qıcolmalar, bədən hərarətinin çox yüksək olması qeydə alınır. Tənəffüs çatışmazlığı, ürək fəaliyyətinin pozulması, hətta ürək fəaliyyətinin dayanması da ola bilir”.

G.İsmayılova günvurma zamanı ilkin yardımın nədən ibarət olduğuna da aydınlıq gətirib: “İlk növbədə zərərçəkəni sərin yerə çəkmək lazımdır. İsti paltar geyinibsə onu çıxartmaq, baş və qoltuq altına soyuq kompres qoymaq lazımdır. Təzyiq düşübsə ayaqlar hündürə qaldırılmalı, qusma varsa baş yana çevrilməlidir. Risk qrupuna aid şəxslər isə dərhal xəstəxanaya çatdırılmalıdır. Zərərçəkənin huşu özündədirsə su vermək məsləhətdir. Əks halda su vermək olmaz. Günvurma zamanı orqanizmdə duz balansı pozulduğundan duzlu su verilməsi tövsiyə olunur. 5 yaşa qədər uşaqların saat 11.00-16.00 arası günlü havada çöldə olması məqsədəuyğun deyil”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar