21 
iyn
2023
18:28
303

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaqlar”

21 iyn, 2023
18:28
303

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaqlar”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib.

Den.az-ın xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir:

“Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək”, - M.Qurbanlı əlavə edib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar