22 
iyn
2023
00:20
2 199

Hökməlidə 20 yaşlı həyat yoldaşını buna görə öldürüb? -FOTO VİDEO

22 iyn, 2023
00:20
2 199

Hökməlidə 20 yaşlı həyat yoldaşını buna görə öldürüb? -FOTO VİDEO

İyunun 20-si saat 19 radələrində Abşeron rayonu Hökməli kəndində baş verən qətl hadisəsi ilə bağlı daha bir dəhşətli fakt ortaya çıxıb.

Bu barədə“Den.az”-a kənd sakinləri məlumat verib. 

Belə ki, Fərid Hüseynli hadisə baş verən gün evə tez gəlməsinin səbəbi məlum olub. O, qətli törətdikdən sonra özünə xəsarət yetirib. Anası dərhal yaxınlıqda olan qonşulara məlumat verib. Yaralı halda xəstəxanaya aparılan Fərid qətli məhz bu səbəbə görə törətdiyini deyib və buna görə peşimanlıq hissi keçirib. 

Ona çoxlu zəng vurdum, telefonu açmadı. Mən də əsəbləşib tez evə gəldim. Dalaşdıq.Elə nə oldusa ondan sonra oldu. Birdə ayıldım ki, öldürmüşəm. Mən nə etdim ay Allah. -deyə Fərid Hüseynli onu xəstəxanaya aparan qonşularına məlumat verib. 

Qeyd edək ki, qətlə yetirilən Leyla Hüseynli Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi olub. BDU kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirib. Məlumat verilib ki, Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub.

Məlumat üçün bildirək ki, 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsi İyunun 20-si saat 19 radələrində yaşadığı Abşeron rayonun Hökməli kəndində qətlə yetirilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.İbtidai istintaq davam etdirilir.








Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar