22 
iyn
2023
01:45
229

Qubada şəhid ailəsinə verilən söz niyə tutulmadı?

22 iyn, 2023
01:45
229

Qubada şəhid ailəsinə verilən söz niyə tutulmadı? ŞİKAYƏT- FOTO VİDEO

Qubada İyun ayının 12-də Şəhid atasının evinin yanması xəbəri yayılmışdı. Hazırda rayonun Dərk kəndində yanan evin sakinləri pis vəziyyətdə qalıb.

“Den.az” xəbər verir ki, 1-ci Qarabağ müharibəsində 2 oğlu şəhid olmuş Mahur Məhərrəmova məxsus ev bütün əşyaları ilə birlikdə yanıb.
 Hazırda 7 nəfərdən ibarət ailə, şəraitsiz vəziyyətdə qalıb. Həmin vaxt hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları ilə yanaşı Quba Rayon eks İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də gələrək, şəhid atasına köməklik ediləcəyini bildirib. Ona yeni ev tikilməsi üçün vəsaitin ayrılacağını bildirib:

"Evinizin yenidən bərpa edilməsi üçün İcra Hakimiyyəti adından sizə maddi köməklik göstəriləcək. Mənzil növbənizin sürətləndirilməsi üçün aidiyyatı nazirlik qarşısında bir daha məsələ qaldırılacaq".  

Lakin, bir neçə gün sonra Quba Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən birinci müavin Tariyel İbrahimov, onun qəbuluna gələn Şəhid oğlu Adil Məhərrəmova bildirib ki,  "Evinin sigortası yoxdur, İcra Hakimiyyəti sənə ev tikməlidir?!"
   Qeyd edək ki, şəhid ailəsi 2010-cu ilin avqust ayından ev növbəsindədir.

İndi həmin reportajı sizə təqdim edirik:


Mövcud məsələ ilə bağlı Quba RİH-nin də mövqeyini dərc etməyə hazırıq.

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar