22 
iyn
2023
17:43
1 148

Sumqayıtda 36 nömrəli məktəbdə 20 yaşlı gənc sevdiyi qıza görə intihar edib?

22 iyn, 2023
17:43
1 148

Sumqayıtda 36 nömrəli məktəbdə 20 yaşlı gənc sevdiyi qıza görə intihar edib? - FOTO

Sumqayıtda 20 yaşlı gənc intihar edib.

“ Den.az” xəbər verir ki, hadisə şəhərin 18-ci mk-da bir müddətdir təmirə bağlanan 36 nömrəli tam orta məktəbdə baş verib.

Yaşıldərə yaşayış massivində yaşayan 2003-cü il təvəllüdül Elvin Əhmədov iplə özünü asaraq öldürüb. Onun meyitini bacısı və atası aşkar ediblər. Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin və TTYX-nın əməkdaşları cəlb olunub. Atası ona süni nəfəs versədə lakin onu həyata qaytarmaq mümkün olmayıb.

20 yaşlı gənc bu yaxınlarda hərbi xidmətdən qayıdıbmış. Bazarda geyim paltarları satışı ilə məşğul imiş. Elvinin sevdiyi qıza görə intihar etdiyi ehtimal edilir.

Meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır





Den.az 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar