22 
iyn
2023
17:56
171

Ramin Hacılının cəzası azaldıldı

22 iyn, 2023
17:56
171

Ramin Hacılının cəzası azaldıldı

Dələduzluqda təqsirli bilinərək 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilən ictimai fəal Ramin Hacılı ilə bağlı hökmdən verilmiş şikayətə baxılıb.

Den.az Qafqazinfo-ya istinadla bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.


R. Hacılının vəkili Rəşad Əliyev “Qafqazinfo”ya bildirib ki, müvəkkilinə Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) maddəsi ilə bəraət verilib, cəzası 6 ay azaldılıb.


Qeyd edək ki, R.Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilib, 2019-cu ildə azadlığa buraxılıb. O, 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək yenidən həbs edilib.


İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədridir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar