22 
iyn
2023
19:06
327

Süni göldəki təhlükəyə görə əlavə qüvvələr cəlb edildi - VİDEO

22 iyn, 2023
19:06
327

Süni göldəki təhlükəyə görə əlavə qüvvələr cəlb edildi - VİDEO

İntensiv yağıntılar səbəbindən Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilər üçün yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb.

Bu barədə Den.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, hazırda yaranmış təhlükənin aradan qaldırılması istiqamətində FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən göldə suyun səviyyəsinin azaldılması və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fasiləsiz olaraq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar