22 
iyn
2023
20:43
272

Sel körpünü dağıtdı,günəbəxan, taxıl sahələri zərər gördü- Goranboyda

22 iyn, 2023
20:43
272

Sel körpünü dağıtdı,günəbəxan, taxıl sahələri zərər gördü- Goranboyda FOTOLAR


Goranboyda leysan yağışdan sonra yaranan sel suları rayonun 6-ı kəndində fəsadlar törədib. 

Den.az xəbər verir ki, Güclü yağış  Nizami, Dəyirmanlar,  Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində  əkin sahələrinə, yol infrastrukturuna,  Azad-Nizami avtomobil yolunda olan körpüyə ziyan vurub. Azad kənd sakinləri bildirib ki,son 25 ildə ilk dəfədir ki,yaşayış məntəqəsində belə vəziyyət yaranıb. Sel suları bir neçə sakinin evinin zirzəmisinə dolub. Həmçinin biçilməmiş taxıl,otlaq,günəbaxan sahələri də sel sularından zərər görüb. Yağışdan sonra yarana sel rayonun Todan kəndində fərdi yaşayış evinin yardımçı tikilisinə, ziyan vurub,həmçinin Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə və zirzəmisinə dolub. Təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırlması üçün Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən  müvafiq texnikalar  əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınıb.









Bizimlə əlaqə saxlayın

Çox oxunanlar