23 
iyn
2023
08:49
156

Neftçalada yabanı halda bitmiş 12 ton çətənə kolu məhv edilib

23 iyn, 2023
08:49
156

Neftçalada yabanı halda bitmiş 12 ton çətənə kolu məhv edilib FOTO

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Den.az"-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Kürkənd kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 12 ton olan 6000 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar