23 
iyn
2023
12:20
162

Bəxtiyar Hacıyevlə bağlı YENİ QƏRAR

23 iyn, 2023
12:20
162

Bəxtiyar Hacıyevlə bağlı YENİ QƏRAR

İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
 
Den.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. 
 
Qərara əsasən, B. Hacıyevin həbsdə saxlanma müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, B.Hacıyev ötən ilin dekabrın 9-da həbs edilib. O, ilk olaraq CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunub.
 
Sonradan ona eyni məcəllənin 192 (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə əlavə ittiham elan olunub.(Qafqazinfo)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar