23 
iyn
2023
22:08
157

Bakı aeroportunun vağzalyanı meydanında minik avtomobili yanıb

23 iyn, 2023
22:08
157

Bakı aeroportunun vağzalyanı meydanında minik avtomobili yanıb

İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti  məlumat yayıb.
Yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.
AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar