23 
iyn
2023
22:24
312

Sumqayıt Bələdiyyəsi vətəndaşın yaşayış sahəsinə görə əmlak vergisi olaraq 4942 manat tələb edib?

23 iyn, 2023
22:24
312

Sumqayıt Bələdiyyəsi vətəndaşın yaşayış sahəsinə görə əmlak vergisi olaraq 4942 manat tələb edib? -AÇIQLAMA

Sumqayıt şəhər sakini olduqca maraqlı və bir o qədər də təəccüb yaradan hadisə ilə qarşılaşıb.

“Den.az” xəbər verir ki, hadisə 9-cu mk-da mənzillərin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər Bələdiyyəsi, yeni özəlləşdirilən mənzil üçün əmlak vergisi tələbi ilə ona 4942 manatlıq bildiriş göndərib.

Vətəndaş isə öz növbəsində evin cəmi 2 aydır özəlləşdirdiklərini qeyd edib və bildirişə öz etirazını bildirib.

Sumqayıt şəhər Bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə “Den.az” -a açıqlamasında bildirib ki, vətəndaşa göndərilən bildirişdə texniki səhvə yol verilib.Ümumiyyətlə əmkak vergisi aylıq deyil illik hesablanır. Vətəndaşa göndərilən bildirişdə isə illik olaraq 49 manat 42 qəpik ( 49.42 qəp) nəzərdə tutulduğu halda bildirişdə bu səhv qeyd edilib. 



Den.az 

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar