24 
iyn
2023
12:54
204

“Rusiya bu vəziyyətə düşdüsə, Xankəndiyə girməliyik”- AÇIQLAMA

24 iyn, 2023
12:54
204

“Rusiya bu vəziyyətə düşdüsə, Xankəndiyə girməliyik”- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin ötən gecədən başlayaraq 25 minlik ordu ilə Moskvaya doğru hərəkət etməyə başlayıb. Priqojinin bu addımından sonra Rusiya Milli Antiterror Komitəsi Moskva və Voronej vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq etmək barədə qərar qəbul edib.

Proseslərlə bağlı Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı Den.az-a bildirdi ki, hazırda sərt mövqedə dayanan Priqojinin bu cəhdini həm Qərb, həm də Ukrayna təqdir edir:

“Ola bilər ki, bu hadisələrdən sonra Putin devrilsin, Priqojin ya da onu müdafiə edən hansısa fiqur hakimiyyətə gətirilsin. Qərbin də istəyinə uyğun olaraq Şərqi Ukraynada, Krımda məsələlər Ukraynanın xeyrinə həll oluna bilər. Bu, Rusiya üçün çox ağır, böyük bir zərbə olacaq. Tam şəkildə hadisələrin hansı şəkildə inkişaf edəcəyi, Rusiyanı tam taqətdən salacaqları, yoxsa müəyyən bir səviyyədə saxlayacaqları ilə bağlı olan suallar ilə bağlı indidən nəsə demək çox çətindir. Amma hadisələr sürətlə inkişaf edir.

Yaxın keçmişə müraciət etsək, belə bir hadisəyə Azərbaycanda Surət Hüseynovun qiyamını misal çəkə bilərik. O hadisə də Rusiya tərəfindən təşkil olunmuşdu. Bir qədər də keçmişə nəzər salsaq, Lenin də Qərb qüvvələrinin dəstəyi ilə hakimiyyətə gəlmişdi. Nəticədə Qərbin sifarişlərinə uyğun olaraq Almaniya ilə 1918-ci ilin mart ayında Brest sülh müqaviləsi imzalandı. Həmin sülhün şərtlərinə görə, Rusiyanın ərazilərinin xeyli hissəsi Qərb dövlətlərinə güzəştə getdi. Hesab edirəm ki, hal-hazırda Priqojinin qiyamı ilə eyni ssenarinin təkrar olub olmayacağını demək çətindir”.
Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Rusiyada baş verənlərlə bağlı Azərbaycanın istənilən situasiyaya hazır olmalı olduğunu qeyd edən Akif Nağı xatırlatdı ki, son bir neçə ayda Qərb ciddi şəkildə Qarabağ məsələsi ilə bağlı fəallaşıb:

“Bildiyiniz kimi, Avropa İttifaqının missiyası regiona yerləşdirilib. Avropa İttifaqı, Avropa Şurası Azərbaycana qarşı həm qətnamələr qəbul edir, həm də Laçın dəhlizinə yeni heyət göndərdilər. Bunların heç biri təsadüfi deyil. Hesab edirəm ki, Priqojinin hərəkəti ilə bağlı onların məlumatı var. Onları düşündürən bir məsələ də odur ki, Azərbaycan Qarabağda hansı hərəkəti edə bilər, yoxsa yox. Ona görə də qabaqlayıcı tədbirlər görüblər.

Bu məqamda Azərbaycan dayanmamalıdır. Əgər hadisə bu şəkildə baş verirsə, inkişaf edirsə, Azərbaycan da öz məqsədinə çatmalıdır. Ermənistan baş naziri Nikol Paşinyan nə qədər desək ki, Qərb meyllidir, amma real vəziyyətdə o Qrəb-Rusiya arasında dayanıb. Əgər Rusiya belə bir vəziyyətə düşürsə, Azərbaycan artıq Xankəndinə doğru hərəkətə keçməlidir”.metbuat.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar