24 
iyn
2023
15:19
439

Təcili: “Vaqner”lə rus ordusu arasında döyüş başladı

24 iyn, 2023
15:19
439

Təcili: “Vaqner”lə rus ordusu arasında döyüş başladı

Hazırda Voronejdə "Vaqner" və Rusiya ordusu arasında şiddətli döyüşlər gedir.

Den.az Axar.az-a istinadən bildirir ki, bununla bağlı "H+Media" Teleqram kanalı görüntü paylaşıb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişinə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar