26 
iyn
2023
14:14
187

Naxçıvanda qəzada xəsarət alanların kimliyi məlum oldu

26 iyn, 2023
14:14
187

Naxçıvanda qəzada xəsarət alanların kimliyi məlum oldu

Naxçıvanın Kəngərli rayonunda baş verən qəzada xəsarət alanların adları məlum olub.

Den.az xəbər verir ki, onların 4-ü reanimasiyada, 2-i isə travmatalogiya şöbəsindədir.

Qəzada xəsarət alanlar aşağıdakılardır:
1993-cü il təvəllüdlü Əliyev Cəlil Musa oğlu, 1994-cü il təvəllüdlü Sultanova Elmira Əlirza qızı, 2003-cü il təvəllüdlü Cəfərova Zəhra Fərman qızı, 2013-cü il təvəllüdlü Sultanlı Fəridə Fariz qızı, 2014-cü il təvəllüdlü Sultanlı Səlim Fariz oğlu və 2018-ci il təvəllüdlü Sultanov Xanlar Toğrul oğlu. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində 6 nəfər dünyasını dəyişib.

Ölən 6 nəfərdən 5-nin kimliyi məlum olub. 

Ölən şəxslər aşağıdakılardır:
1960-ci il təvəllüdlü Cəfərova Sahiyə Əsəd qızı, 1973-cü il təvəllüdlü Sultanov Xanlar Şəmil oğlu, 1996-cı il təvəllüdlü Oruclu Amil Akif oğlu, 2000-ci il təvəllüdlü Əlizadə Hikmət Rövşən oğlu və 2020-ci il təvəllüdlü Əlisultanov Fateh Fariz oğlu.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
//APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar