26 
iyn
2023
17:15
240

Tələbəni öldürən Fateh barədə qərar verildi

26 iyn, 2023
17:15
240

Tələbəni öldürən Fateh barədə qərar verildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Hikmət Kərimovu öldürməkdə ittiham olunan dostu Fateh Məmmədov məhkəmə qarşısına çıxarılıb.

Den.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 18 yaşlı F. Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Cinayət hadisəsi barədə bəzi məqamlar da ortaya çıxıb.

Məlum olub ki, hadisədən bir gün əvvəl Hikmətlə Fateh görüşüb, söhbət zamanı aralarında mübahisə yaranıb. Bunun əvəzini çıxmaq niyyəti ilə Fateh bir gün sonra evdən götürdüyü bıçaqla Hikmətin yaşadığı evin qarşısına gəlib, bir müddət yolun kənarında onun çölə çıxmasını gözləyib. O, Hikmətə iki bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıb. Qısa müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
H.Kərimov ADBTİA-nın ikinci kurs tələbəsi olub. O, “Məşqçilik” ixtisasının Yunan-Roma idman növü üzrə təhsil alırdı.

Qeyd edək ki, hadisə iyunun 23-ü Nərimanov rayonunda baş verib.

Həmin gün 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Fateh Məmmədov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar