27 
iyn
2023
16:02
218

İrandan gətirilən heroini satmaq istəyən iki nəfər həbs edilib

27 iyn, 2023
16:02
218

İrandan gətirilən heroini satmaq istəyən iki nəfər həbs edilib - FOTO/VİDEO

Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Den.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Oqtay Nağızadə saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 3 kiloqrama yaxın yüksək təsiredici narkotik vasitə hesab edilən heroin aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Sabirabad rayon sakini Rəşad Vəliyev narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 1 kiloqram heroin aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, Oqtay Nağızadə və Rəşad Vəliyev şəxsiyyəti istintaqla araşdırılan “İsa” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradıblar. Daha sonra satıb maddi gəlir qazanmaq niyyəti ilə onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri əldə ediblər.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Oqtay Nağızadə və Rəşad Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar