28 
iyn
2023
01:53
414

Bakıda yük avtomobili beş maşına çırpılıb, xəsarət alanlar var - FOTO

28 iyn, 2023
01:53
414

Bakıda yük avtomobili beş maşına çırpılıb, xəsarət alanlar var - FOTO

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.
Den.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki yol ötürücüsündə baş verib.
Belə ki, qoşqusunda dəmir boru daşıyan “KamAZ” markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük avtomobili eyni istiqamətdə olan “Mercedes” və “Qazel” markalı yük maşınlarına çırpılıb.
İdarəetmədən çıxan “KamAZ” tuneldə yolayrıcı betona çırpılaraq əks tərəfə çıxıb.
Bu zaman “Toyota”, “Range Rover” və “Hyundai” markalı minik avtomobilləri yük maşınına dəyib.
“KamAZ” beton divara çırpılaraq dayanıb. “Mercedes” markalı yük maşının sürücüsü Elnur İsgəndərov APA-ya bildirib ki, “KamAZ”ın sürücüsü sükan arxasında yuxulayıb.
Qəza nəticəsində “KamAZ”ın və “Qazel”in sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Təhlükəsizliyi təmin etmək üçün Ziya Bünyadov prospektindən 20 Yanvar istiqamətinə tuneldə hərəkət məhdudlaşdırılıb.
Sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyyə edilib.
Hazırda qəzaya uğramış ağır tonnajlı maşınların evakuator vasitəsilə ərazidən uzaqlaşdırılması işləri aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar