26 
may
2023
19:09
211

Elm və Təhsil naziri İsmayıllıda Kolumbiya Universitetindən iş təklifi alan tələbə ilə görüşüb

26 may, 2023
19:09
211

Elm və Təhsil naziri İsmayıllıda Kolumbiya Universitetindən iş təklifi alan tələbə ilə görüşüb

Elm və Təhsil naziri Emin Əmrullayev İsmayıllı rayonunda vətəndaş qəbulu keçirib. Qəbul zamanı nazir Kolumbiya Universitetindən iş təklifi alan tələbə ilə görüşüb.Den.az saytı xəbər verir ki, nazir özü facebook səhifəsində bu barədə paylaşım edib.
Emin Əmrullayev: Bu gün İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Prezident təqaüdçüsü adını qazanan Vahab Cəbrayılovla görüşdüm. Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetindən (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub.
Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində yeni nailiyyətlər arzulayıram.-deyə Emin Əmrullay vurğulayıb

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar