28 
iyn
2023
14:14
140

Bank kartlarına nə qədər vəsait qoymaq mümkündür? - Ekspert AÇIQLADI

28 iyn, 2023
14:14
140

Bank kartlarına nə qədər vəsait qoymaq mümkündür? - Ekspert AÇIQLADI

“Vətəndaş cari hesaba istədiyi qədər pul qoya bilər. Lakin burada bir nüans var. Bank istəsə, çox kiçik məbləğlərə görə də vətəndaşdan pulun mənbəyini bəyan etməyi tələb edə bilər. Deyə bilər ki, siz bu pulu haradan qazanmısınız? Bankın yatırım etdiyiniz, istifadə etdiyiniz pulun mənbəyini soruşmağa haqqı var. Müxtəlif bank qanunvericiliyində, “pulların yuyulması” məsələlərində banklara belə bir hüquq verilib. Sadəcə, onlar limit qoymaya bilərlər. Bankların çağırışında limit sözü yoxdur. Cari hesaba nə qədər pul qoyursunuz, qoyun. Bank buna sevinəcək, onsuz da yuxarı limitlər yoxdur”.

Den.az
xəbər verir ki, bunu Pravda.az-a iqtisadçı-ekspert Xalid Kərimli deyib.


Ekspert bildirib ki, bu məsələdə başqa bir məsələ də var: “Təbii ki, bank qoyduğunuz pula görə qalığa faiz hesablamaq, yaxud depozit faizi hesablamaqdan ötrü həmin pulu dərhal satmaq məcburiyyətindədir. Axı sizə faiz ödəməlidir. Bank bu məsələdə öz gücünü hesablayır – bu pulu sata biləcəkmi, hazırda satış imkanları var, ya yox… Burada üç məqam var: görsəniz ki, bütün elanlarda, çağırışlarda, transaksiya dəvətlərdə yuxarı limit haqqında heç nə deyilmir. Adətən deyilir ki, ödəniş terminallarından nə qədər pul qoysan, faizsizdir, yuxarı qoysan, faizlə. Bu da ödəniş terminallarının şərtləridir. İl ərzində 20 mindən yuxarı dollar dəyişirsinizsə, onda banklar pulun mənbəyini bəyan etməyinizi tələb edirlər. Siz də bu sənədləri təqdim etməklə, bankların birinci tələb prosesindən keçmiş olursunuz. Doğrudan da, pulu qazanmısınızsa, əmlak sataraq, yaxud əməkhaqqı almaqla həmin pulu qazanaraq vergi vermisinizsə, banka sənədləri təqdim edirsiniz. Xaricdən əmlak alsanız da, sizə sual verilə bilər ki, pulun mənbəyi haradandır. Ümumilikdə, bank faiz ödəyərsə, artıq öz satış gücünü nəzərə alır. Məsələn, ətçəkən maşının çəkim gücü saatda 10 kiloqram ətdirsə, siz maşına 100 kiloqram töksəniz, bu, israf olacaq, maşın ziyan etmiş olacaq. Bank da belədir. Öz iştahasından, həcm gücündən, miqyasından asılı olaraq bu cür məhdudiyyətləri özü qəbul edə bilər”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar