26 
may
2023
21:02
126

Biz, o yerlərə qayıdacağımız günə əmin idik. Qarabağ atlarını isə...

26 may, 2023
21:02
126

Biz, o yerlərə qayıdacağımız günə əmin idik. Qarabağ atlarını isə...

Ağdam rayonu Əliağalı kəndindən olan İmdad Məhərrəmov 30 ildir ki, Qarabağdan gətirdiyi atlarını qoruyub saxlayıb. Məqsədi isə həmin atları yenidən Ağdama qaytarmaq və onları Ağdamda artırmaqdır.
DEN.AZ saytının əməkdaşı İmdad Məhərrəmovla höm söhbət olub, onun Ağdamla bağlı arzu istəklərini qələmə alıb. Məhərəmmovlar ailəsi əslən Ağdam rayonu Əliağalı kəndindəndir. Onlar da 1993-ci il ildə öz doğma yurdlarından məcburi köçkün düşüb və 30 il vətən həsrəti ilə səfalı yerlərə qayıtmaq ümüdü ilə yaşayıb. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun parlaq qələbəsi zamanı azad olunan torpaqlarımızın sevinc payından Məhərrəmovlar ailəsinin də böyük payı olub. Çünki onlarda qısa müddətdə Ağdama qayıdacağı günü gözləyir. İmdad Məhərrəmov deyir ki, 1993-ci ildə Ağdamı məcburən tərk edərkən Qarabağın incisi olan atları da gətirdik. Həmin zaman 20 baş Qarabağ atı gətirən müsahibimiz bildirir ki, "biz o yerlərə qayıdacağımız günə əmin idik, elə bu məqsədlə atları yadigar olaraq gətirdim. Elə həmin gündən bu at cinslərini qoruyub saxlamağı özümə borc bildim. Bir çox yaxınlar, dostlar üçün də hədiyyət etdim ki, atların nəsli artsın. Həmçinin təsərrüfatımızda da həmin atların balalarından saxadım. İndiki qalan atlar həmin Qarabağdan gələn atlarınn 15-ci nəslidir. Qoruyub saxlamışıq hətta atlara yerişi şaha qalxmağı üçün təlimlərdə keçirik. Qarabağ atları çox dözümlü qaçışı və zahiri görnüşü ilə seçilən atlardır həm də çox etibarlıdırlar." İmdad Məhərrəmovun ötən bu illərdə ümüd bəslədiyi arzusu artıq gerçək olub. O deyir ki, "məqsədim bu at cinsini qoruyub saxlayıb yenidən Ağdama Qarabağ torpaqlarına qaytarmaq olub. İndi Ağdamımız şanlı ordumuzun qələbəsi nəticəsində yağı düşməndənnazad olub. Hazırda azad Ağdamımızda dövlətimiz tərəfindən geniş tikinti quruculuq işləri görülür və biz yenidən abad firavan Ağdamda yaşayacağıq. Elə bu atları da Qarabağ torpağında yenidən saxlayıb artıracağıq"














DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar