27 
may
2023
00:35
202

QƏSƏBƏ SAKİNLƏRİNƏ SÖZ VERƏN MİLLƏT VƏKİLİ NİYƏ SÖZÜNÜ TUTMADI?

27 may, 2023
00:35
202

QƏSƏBƏ SAKİNLƏRİNƏ SÖZ VERƏN MİLLƏT VƏKİLİ NİYƏ SÖZÜNÜ TUTMADI?

Kürdəmirin Garis-Əyribənd qəsəbəsinin 1000 -ə yaxın əhalisi yaşadıqları binalarda dam örtüyünün yararsız olmasından təngə gəliblər.Sakinlər illərdir ki,bu acnacaqlı vəziyyətdə yaşamaq məcburiyyətində qalıblar.

DEN.AZ xəbər verir ki, Kürdəmirin Garis-Əyribənd qəsəbəsi ötən əsrin 60-cı illərində salınıb. Burada 18 ədəd 2 mərtəbəli, 12 mənzilli, 10-a yaxın birmərtəbəli, iki mənzilli binalar yerləşir. İkimərtəbəli binalar hələ Sovetlər dönəmindəki Sovxozun balansında olub. Qəsəbədə uşaq bağçası-körpələr evi, ticarət mərkəzləri və digər iaşə obyektləri də fəaliyyət göstərib. İlkin mərhələdə qəsəbədə 150-yə yaxın ailə məskunlaşıb. Hal-hazırda isə burada 200-dən çox ailənin ümumilikdə minə yaxın sakin yaşayır. Qeyd edək ki, sözügedən binalar məhz qəsəbə salınarkən tikilib. Aradan keçən 60 il ərzində bina tədricən sıradan çıxmağa başlayıb. Xüsusilə dam örtüyü bərbad hala düşüb. Payız və qış aylarında yağıntı suları damlardan birbaşa evlərin içərisinə dolur. Nəticədə kəskin nəmişlik yarandığından həm döşəmə və divarları sıradan çıxarır, həm də sakinlərin məişət əşyalarını yararsız hala gətirir.Hazırda binalar qəzalı vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var.Sakinlər dəfələrlə bununla bağlı aidiyyatı qurumlara müraciət etsələrdə bu günə kimi heç bir əməli iş görülməyib.Hazırda sakinlər aidiyyatı qurumlarlan kömək gözləyirlər. Sakinlərin sözlərinə görə qəsəbədən seçilmiş 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən millət vəkili Rəfael Hüseynov seçkilər ərəfəsində qəsəbə camaatı ilə görüşüb.Görüş zamanı sakinlər səs verdikləri millət vəkilindən bu məsələ ilə bağlı onlara kömək etməsini xahiş ediblər.Təəssüflər olsun ki, millət vəkili Rəfael Hüseynov onlara kömək edəcəyini söz versədə onun verdiyi söz elə söz olaraq qalıb və bu günə kimi qəsəbədə heç bir əməli iş görülməyib.Bundan sonra binaların hansı qurumun balansında olmasını öyrənmək üçün üz tutduq Kürdəmir rayon icra hakimiyyətinə.İcra hakimiyyətindən şifahi olaraq Bizim.Media-nın yerli bürosuna bildirdilər ki,adı çəkilən binalar Garis-Əyribənd kənd bələdiyyəsinin balansındadır.Beləcə yollandıq kənd bələdiyyəsinə.İdarədə heç kimin olmadığından kənd bələdiyyəsinin sədri Sahib Cəfərovla telefonla əlaqə saxladıq.Sahib Cəfərov bildirdi ki,bəli həmin binalar bizim balansımızdadır amma bələdiyyənin elə maddi imkanı yoxdur ki,bu binaların dam örtüyün dəyişsin.Bələdiyyə sədridə telefonla danışıq zamanı binanın ötən əsrdə tikildiyini və hazırda dam örtüyünün uçub dağıldığını bildirdi.Eyni zamanda sakinlərin seçki ərəfəsində millət vəkilinə bununla bağlı müraciətini bir daha bizə xatırlatdı.Məsələyə aydınlıq gətirmək üçün millət vəkili ilə əlaqə saxlamaq istəsəkdə təəssüflər olsun ki cəhdimiz alınmadı.Ümid edirik ki,əlaqədar təşkilatlar eləcədə qəsəbədən seçilmiş millət vəkili Rəfael Hüseynovda camaatın bu acınacaqlı vəziyyətdə yaşamasını görüb bir tədbir görərlər.

Mövzunu diqqətdə saxlayacağıq.












DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar