27 
may
2023
01:37
195

Kürdəmirdə avtomobil qəzasında bir ailənin iki üzvü ağır xəsarət alıb

27 may, 2023
01:37
195

Kürdəmirdə avtomobil qəzasında bir ailənin iki üzvü ağır xəsarət alıb

Kürdəmirdə avtomobil qəzası baş verib,ər və arvadı xəsarət alıblar.
DEN.AZ xəbər verir ki,hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şöyüdlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, Mercedes markalı minik maşını həmin yolda hərəkətdə olarkən yol kənarında dayanmış qoşqulu traktora çırpılıb.Nəticədə minik maşınında olan iki nəfər Kürdəmir rayon Sovla kənd sakinləri 1960-cı il təvəllüdlü Əzizov Vidadi Əziz oğlu oğlu və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Əzizova Aygün Əliheydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.Fakt araşdırılır.
DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar