27 
may
2023
11:12
157

Göygöl sakini həmkəndlisini bıçaqladı

27 may, 2023
11:12
157

Göygöl sakini həmkəndlisini bıçaqladı - FOTO

Göygöl rayonunun Mollacəlilli kəndində bıçaqlanma hadisəsi baş verib.
Den. az yerli bürosu xəbər verir ki, Nəsrəddin Əhmədov adlı kənd sakini gecə saatlarında qonşuluğunda yaşayan Ayxan Nağızadəni bıçaqlayıb.
İlkin araşdırma zamanı hadisənin söyüş üstündə törədildiyi bildirilir. Ayxan Nağızadənin qonşusu barəsində nalayiq ifadələr işlədib. Buna dözə bilməyən Nəsrəddin əlini bıçağa atıb. Qonşusunun qarın nahiyəsindən ağır xəsarət yetirib. Ayxan Nağızadə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Göygöl RPŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Ayxan Nağızadə şübəli şəxs qismində tutulub.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar