Xəbərin Kateqoriyası: Xəbərlər

Cinayət Məcəlləsinə dəyişiklik edilir

 
İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hkimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması cinayət məsuliyyəti yaradacaq.
Den.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 168-1 (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) maddəsinin 1-ci və 2-ci bəndlərində dəyişiklik edilir.

Belə ki, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılmasına görə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

DINI MƏRKƏZ TƏRƏFINDƏN DƏVƏT EDILMIŞ DIN XADIMLƏRI ISTISNA OLMAQLA, ƏCNƏBI VƏ YA VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXS TƏRƏFINDƏN DINI TƏBLIĞAT APARILMASI NA GÖRƏ 1 ILDƏN 2 ILƏDƏK MÜDDƏTƏ AZADLIQDAN MƏHRUMETMƏ ILƏ CƏZALANDIRILIR.
LAYIHƏDƏ BILDIRILIB KI, ÖTƏN IL "DINI ETIQAD AZADLIĞI HAQQINDA" QANUNDA EDILƏN DƏYIŞIKLIKLIYƏ ƏSASƏN, DINI MƏRKƏZ TƏRƏFINDƏN DƏVƏT EDILMIŞ DIN XADIMLƏRI ISTISNA OLMAQLA, ƏCNƏBILƏR VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏR TƏRƏFINDƏN DINI TƏBLIĞAT APARILMASI QADAĞANDIR. HABELƏ, XARICDƏ DINI TƏHSIL ALMIŞ AZƏRBAYCAN VƏTƏNDAŞLARI QAFQAZ MÜSƏLMANLARI İDARƏSI TƏRƏFINDƏN MÜVAFIQ ICRA HAKIMIYYƏTI ORQANI (DINI QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSI) ILƏ RAZILAŞDIRILMAQLA ISLAM DININƏ AID AYIN VƏ MƏRASIMLƏRIN APARILMASINA BURAXILA BILƏRLƏR. QANUNUN MÜVAFIQ MADDƏLƏRININ POZULMASINA GÖRƏ CINAYƏT MƏSULIYYƏTININ NƏZƏRDƏ TUTULMASI TƏKLIF EDILIR.
LAYIHƏ MILLI MƏCLISIN MARTIN 6-DA KEÇIRILƏCƏK PLENAR ICLASINDA MÜZAKIRƏYƏ ÇIXARILACAQ.
скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız