Xəbərin Kateqoriyası: Xəbərlər

Ağ Ev: Moskva ilə daha sərt davranacağıq


Hazırkı ABŞ administrasiyası Rusiya ilə münasibətlərdə sərt siyasəti davam etdirəcək.

Den.Az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders  keçirdiyi brifinqdə səsləndirib.
“Biz hakimiyyətin (Donald Trampın) ilk ilində olduğu kimi sərt olacağıq. Rusiyanın qarşıdakı seçkilərə müdaxiləsinə imkan verməmək üçün bir neçə variantı nəzərdən keçiririk”, - deyə Sanders bildirib.

Sanderslə yanaşı, ABŞ dövlət departamentinin sözçüsü Hizer Nauert də bu mövzuda bəyanatla çıxış edərək, ABŞ və Rusiyanın hələlik münasibətlərin yaxşılaşdırılması istiqamətində irəliləməyə hazır olmadıqlarını diqqətə çatdırıb.

Fevralın 27-də ABŞ maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun yaxın 30 gün ərzində Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini deyib.
“Biz mövcud bütün məhdudiyyətləri həyata keçirəcəyik və yeni sanksiyalar tətbiq edəcəyik”, - deyə nazir bildirib.

Vaşinqton dəfələrlə Moskvanı ABŞ-da 2016-ci ildə keçirilən prezident seçkiləri prosesinə müdaxilə etməkdə ittiham edib.  

ABŞ xüsusi xidmət orqanlarının məlumatına əsasən, Rusiya kəşfiyyatı Demokratlar Partiyasının serverlərini sındırmaqdan ötrü xüsusi haker qruplarından istifadə edib.  

Rusiya sözügedən kiberhücumlarla bağlı ittihamları rədd edir.
скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız