29 
may
2023
10:01
191

Şabranda 65 yaşlı kişi itkin düşüb

29 may, 2023
10:01
191

Şabranda 65 yaşlı kişi itkin düşüb Foto

Şabranda 65 yaşlı kişi itkin düşüb.

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan Den.az -a verilən məlumata görə, Şabran rayonunun Qələgah kənd sakini, 1958-ci il təvəllüdlü Ənvər Müslümov may ayının 25-i saat 04:00 radələrində yaşadığı evdən "Mersedes" markalı avtomobil ilə çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

Qeyd edək ki, həmin avtomobil bir müddət sonra kənd ərazisində aşkar edilib.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994)70-233-27-23 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar