29 
may
2023
17:17
450

Abşeronda FHN-nin Tikintiyə nəzarət şöbəsinin müdiri intihar edib.Cibindən məktub çıxıb-

29 may, 2023
17:17
450

Abşeronda FHN-nin Tikintiyə nəzarət şöbəsinin müdiri intihar edib.Cibindən məktub çıxıb- FOTO-VIDEO

Abşeronda yüksək vəzifəli məmur intihar edib. Bu barədə Den.az saytına məlumat daxil olub.
Bildirilib ki, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evində FHN-nin Sumqayıt Regional Mərkəzinin Tikintiyə Nəzarət şöbəsinin müdiri 1979 –cu il təvəllüdlü Cəbişov Muxtar Əli oğlu intihar edib. Onun meyiti ailəsi tərəfindən aşkar edilib. Dərhal hadisə yerinə hüquq mühafisə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı mərhumun cibindən məktub da tapılıb. İddiaya görə, həmin məktubda ailəsindən bütün olanlara görə üzr istədiyi bildirilir.
Digər bir məlumatda FHN əməkdaşının bu yaxınlarda səhətti ilə bağlı (mədə bağırsaq sistemində) ciddi problemlərin olduğu və buna görə əməliyyatda keçirdiyi bildirilir.
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.



Faktla bağlı araşdırma aparılır
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar